Kannda Azərbaycan mədəniyyəti günləri - 2019

  • Layihə
  • Foto


2019 - cu il 14 iyul – 18 avqust tarixlərində Heydər Əliyev Fondunun, Fransadakı səfirliyimizin və Kann şəhər meriyasının təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri keçirilib.

 

Mədəniyyət günləri çərçivəsində Heydər Əliyev Fondunun Kann Festivallar və Konqreslər Sarayı yaxınlığındakı “Dəniz Vağzalı” (Gare Maritime) sərgi pavilyonunda “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı xalça sərgisinin açılışı olub.

 

Sərgidə xalçaçı-rəssam, Xalq rəssamı Eldar Mikayılzadənin Şəki qrupuna aid 13 xalça eskizi, onların əsasında toxunan xalçalar və texniki rəsmlər nümayiş etdirilib. E.Mikayılzadə yeni Şəki qrupuna aid xalça eskizlərində Şəki Xan Sarayı və Şəkixanovlar evindəki divar rəsmlərinə, şəbəkələrə müraciət edib.

 

Sərgi avqustun 18-dək davam edib.



1.JPG
2.JPG
3.JPG
4.JPG
5.JPG
6.JPG
7.JPG
8.JPG
9.JPG
11.1.jpg
12.1.jpg
13.1.jpg
14.JPG
15.JPG
16.1.jpg
17.JPG
18.JPG
19.JPG
20.JPG