2019-cu il sentyabrın 30-da “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Daşın nəğməsi” adlı IV Beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində yaradılan əsərlər təqdim olunub.
Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalına həsr olunmuş simpoziumda 8 ölkədən 11 heykəltəraş iştirak edib. Rusiya, Rumıniya, Belarus, Çin, İran, Latviya, Bolqarıstan və Azərbaycandan olan heykəltəraşlar aqlay daşından Nəsimi yaradıcılığına həsr olunan əsərlər yaradıblar.