“Çağırışın 17 siması” adlı fotosərgi

  • Layihə
  • Foto


2022-ci il oktyabrın 28-də Heydər Əliyev Mərkəzində “Çağırışın 17 siması” (“17 Faces of Action”) adlı fotosərgi açılıb.

 

Sərgi BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovayanın təşəbbüsü, Heydər Əliyev Fondunun, İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasının (Association of Swiss Women & Empowerment) dəstəyi ilə təqdim edilib.

 

Layihənin hədəfi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək göstərmək, 17 dayanıqlı inkişaf məqsədinin reallaşmasına töhfə verməkdir.

 

Dayanıqlı İnkişaf Məqsədləri təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla, geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsini ön plana çıxarır.

 

Sərgidə 17 dayanıqlı inkişaf məqsədini dəstəkləmək məqsədilə Azərbaycanın müxtəlif bölgələrində yaşayan, fərqli sahələrdə nailiyyətlər əldə edən 17 azərbaycanlı qadının portreti və ölkəmizin dəyərləri, tarixi, müasir inkişafı “Uğur hekayəsi”, “Başqalarına kömək etməkdən çəkinməyin”, “Sülh simvolu”, “Yalnız irəli!” və digər bölmələrdə təqdim edilir.


4.JPG
5.JPG
10.JPG
11.JPG
12.JPG
13.JPG
14.JPG
15.JPG
16.JPG
17.JPG