Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı

  • Layihə
  • Foto


Milli Xalça Muzeyinin Şuşa filialı Heydər Əliyev Fondu tərəfindən bərpa olunub.

 

Şəhərin Yuxarı məhəlləsində yerləşən bina XIX əsrin ikinci yarısında inşa edilib. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən 2021-ci ildə burada bərpa işlərinə başlanılmışdı. Görülmüş işlər nəticəsində binanın daxili divarları, döşəmələri, tavanları bərpa olunub. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar götürülərək binanın tarixi siması özünə qaytarılıb. Fasadındakı çatlar bərpa olunub və daşla üzlənib.

 

Hazırda burada yeni xalça ekspozisiyası təqdim olunur.

 

Ekspozisiyada vaxtilə təxliyə edilmiş və əsasən XVIII-XX əsrlərə aid eksponatlarla yanaşı, son illər filialın kolleksiyasına daxil edilən dəyərli xalçalar da sərgilənir. Burada ümumilikdə 115 ədəd xovlu və xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri yenidən nümayiş olunur.

 

Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında sərgilənən sənət əsərləri qədim Qarabağ torpağının ruhunu, əsrlərlə burada yaşayıb-yaratmış insanların, o cümlədən sənətkarların həyat və məişətini, estetik zövqünü, bədii dünyagörüşünü duymağa, həmin tarixi mühiti təsəvvür etməyə imkan yaradır.


006.jpg
007.jpg
008.jpg
009.jpg
010.JPG