2024-cü il iyulun 17-19-da Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri keçirilib.
Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, həmçinin Natəvanın evi, Şuşa Şəhər İcra Hakimiyyətinin qarşısı və Şuşa Otel-Konqres Mərkəzində tədbirlər təşkil edilib. Poeziya Günlərinin sonuncu tədbiri “Vaqiflə səyahət” adlı bədii-musiqili tamaşa olub.