“Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalı

  • Layihə
  • Foto


2025-ci il iyunun 17–22-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı keçirilib.

 

Festivala Türkiyə, Almaniya, İspaniya, Mərakeş, İraq, Cənubi Koreya, Özbəkistan, Tacikistan, Kanada, Hindistan, Norveç, Rusiya, Böyük Britaniya, ABŞ, Yaponiya, İsveçrə – ümumilikdə 25-dən çox ölkədən 200-dən artıq ifaçı, tədqiqatçı və qonaq qatılıb.

 

Festival günlərində XIII əsrin görkəmli musiqişünası Səfiyəddin Urməvinin nəzəri və praktik irsi ilə bağlı simpozium, İçərişəhərdə Azərbaycan radiosunun 1950-60-cı illərin “Muğam saatı” proqramı əsasında interaktiv səs performansı və “Muğam 12” musiqi marafonu keçirilib. Azərbaycanın tanınmış muğam ifaçılarının iştirakı ilə ustad konsertləri də olub.

 

Festival çərçivəsində Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı və Çindən olan gənc istedadların iştirakı ilə muğam müsabiqəsi təşkil olunub. İki turdan ibarət müsabiqədə 31 gənc muğam ifaçısı iştirak edib.


Beynəlxalq münsiflər heyətinin qərarı ilə 6 ifaçı müsabiqənin qalibi olub:


Alibek Saparboyev və Dilnoza Akbarova (hər ikisi Özbəkistandan) 3-cü yerə, Nurəddin Tağıyev və Məhta Məhəmmədəlizadə Behnam (hər ikisi Azərbaycandan) 2-ci yerə, Farangiz Mahmudova isə (Özbəkistan) 1-ci yerə layiq görülüblər.

 

Ölkəmizi təmsil edən Məftun Səfərli ən yaxşı nəticə göstərərək müsabiqənin Qran-prisini qazanıb.

 

Azərbaycan Milli Konservatoriyasının "Ənənəyə sadiqliyə görə" xüsusi mükafatı isə Çin təmsilçisi Sincan Uyğur bölgəsindən musiqi qrupuna təqdim edilib.

 

İyunun 22-də Ağdam Muğam Mərkəzində festivalın bağlanış mərasimi olub. Mərasim zamanı beynəlxalq muğam ifaçıları müsabiqəsinin laureatlarına mükafatlar təqdim edilib.


01.jpg
04.jpg
06.jpg
07.jpg
08.jpg
09.jpg
12.jpg
16.jpg
20.jpg
22.jpg
25.jpg
26.jpg
28.jpg
29.jpg
30.jpg
31.jpg
33.jpg
34.jpg
35.jpg
36.jpg
37.jpg
38.jpg