Binə Mədəniyyət Mərkəzi

  • Layihə
  • Foto


XX əsrin 50-ci illərində inşa edilmiş Binə Mədəniyyət Mərkəzi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. Mərkəzdə yenidənqurma işlərinə 2007-ci ildə başlanılıb və 2010-cu ildə təmir işləri başa çatıb. 2010-cu il dekabrın 28-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Binə qəsəbəsində Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak edib.


İkimərtəbəli binada yerləşən mərkəz 2425 m² sahəni əhatə edir. Mərkəzin birinci mərtəbəsində şahmat, rəsm dərnəkləri fəaliyyət göstərir. Gələcəkdə xalçaçılıq, rəqs və digər dərnəklərin də fəaliyyət göstərməsi nəzərdə tutulub.


Qəsəbədə yeni musiqi məktəbinə ehtiyac olduğu nəzərə alınaraq, mərkəzdə 24 nömrəli uşaq musiqi məktəbinin fəaliyyətinə şərait yaradılıb. İkinci mərtəbədə yerləşən musiqi məktəbində 20 sinif, müəllimlər otağı və digər inzibati otaqlar vardır. Mərkəzdə 14 minə yaxın kitabın saxlanıldığı ədəbiyyat fondu yaradılıb. Mərkəzdə 156 yerlik akt zalı vardır.


Ətraf ərazi abadlaşdırılmış və yaşıllıq salınmışdır.

 

 

Paylaş:

02.jpg
03.JPG
04.JPG