Türkan Mədəniyyət Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. Mərkəzin tikintisinə 2009-cu ilin fevralında başlanılıb və 2010-cu ildə tikinti işləri başa çatıb. 2010-cu il iyulun 7-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərkəzin açılışında iştirak edib.
İkimərtəbəli binanın ümumi sahəsi 1500 m²-dir. Mərkəzdə şahmat, kompyuter dərnəkləri fəaliyyət göstərir. İkinci mərtəbədə 250 nəfərlik akt zalı vardır. Mərkəzdə müxtəlif sahələrə aid zəngin ədəbiyyatın toplandığı kitabxana yaradılmışdır.
Mədəniyyət mərkəzi üçün ayrılan ərazidə park salınmış, uşaqların əylənməsi üçün meydança yaradılmış, attraksionlar quraşdırılmış, ana və uşaqlar üçün nəzərdə tutulan çay evi inşa edilmişdir.