2012-ci ildə Bakıda keçirilən “Eurovision” Mahnı Müsabiqəsinin Təşkilat Komitəsinin rəsmi tərəfdaşı olan Heydər Əliyev Fondu iştirakçı dövlətlərdə “Mən Azərbaycanı kəşf edirəm” mövzusunda inşa müsabiqəsi elan etmişdir. İnşa müsabiqəsi 9-18 yaş arası fiziki qüsuru olan məktəblilər arasında keçirilmişdir. Müsabiqənin nəticəsi olaraq hər iştirakçı dövlətdən 2 nəfər qalib və onları müşayət edən şəxslərin Azərbaycana səfərləri təşkil olunmuşdur. Onların gəzintisi və istirahəti üçün xüsusi proqram tərtib olunmuşdur. Bakı ilə yaxından tanış olan qonaqlar “Eurovision” Mahnı Müsabiqəsinin final mərhələsində möhtəşəm şounu izləmişlər.