2009-cu ildə Heydər Əliyev Fondu Azərbaycan məktəblilərinin Rumıniyaya səfərini təşkil edib. Səfər Buxarest meriyası ilə gənclər sahəsində əməkdaşlıqla bağlı əldə olunmuş razılıq əsasında həyata keçirilib. Əməkdaşlıq çərçivəsində Rumıniyalı məktəblilər də Azərbaycana qarşılıqlı səfər ediblər.
Layihənin məqsədi məktəblilərin dünyagörüşünü genişləndirmək, onların təhsil və elmə marağını artırmaqdır.