2010, 2012-ci illərdə Heydər Əliyev Fondu internatlarda oxuyan bir qrup məktəblinin Gürcüstan Respublikasına səfərini təşkil edib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofsun təşəbbüsü ilə reallaşan layihə uşaqların dünyagörüşünü genişləndirmək, onlarda təhsilə və elmə marağı artırmaq məqsədi daşıyır.