Heydər Əliyev Fondu məktəblilərin dünyagörüşünü genişləndirmək, onların təhsil və elmə marağını artırmaq məqsədi ilə mütəmadi olaraq təhsildə xüsusilə fərqlənən, müxtəlif müsabiqələrdə qələbə qazanan məktəblilərin dünyanın müxtəlif ölkələrinə səfərlərini təşkil edir.
Layihə çərçivəsində 2010-cu ildə Azərbaycan məktəblilərinin Almaniya, Fransa, Belçika Krallığı, Niderland Krallığına səfərləri təşkil olunmuşdur.