Qəbələ şəhərində məscid

  • Layihə
  • Foto


Qəbələ şəhərindəki yeni məscid Heydər Əliyev Fondunun sifarişi ilə tikilib. 2010-cu ilin mayında inşaat işlərinə başlanılıb və 2013-cü ilin əvvəlində məscidin tikintisi başa çatıb. 2013-cü il fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məscidin açılışında iştirak edib.

 

Binanın tikinti sahəsi 715 kvadratmetr, minarənin hündürlüyü isə 25 metrdir. Məsciddə eyni vaxtda 450 kişi, 150 qadın olmaqla ümumilikdə 600 nəfər mömin ibadət edə bilər.

 

Məscidin divar və sütunlarına müqəddəs Qurani-Kərimdən surələr yazılmış, dini rəmzlərlə bəzədilmişdir.

 

Məsciddə axund, dərs, kitabxana, mərasim, qadın və kişilər üçün dəstəmaz otaqları və köməkçi tikililər vardır. Məscidin həyəti yaşıllaşdırılmış, dekorativ ağaclar əkilmiş, müasir işıqlandırma sistemləri quraşdırılmış və iki fontan inşa edilmişdir.


Paylaş:

001.jpg