Şamaxı Uşaq Yaradıcılıq Mərkəzi

  • Layihə
  • Foto


1959-cu ildən fəaliyyət göstərən Şamaxı Uşaq Yaradıcılıq Mərkəzinin binası yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondunun təşəbbüsü ilə mərkəz üçün yeni bina inşa edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü il mayın 16-da Uşaq Yaradıcılıq Mərkəzinin yeni binasının açılışında iştirak edib.

 

Üçmərtəbəli binada 54 tədris, iki qrim, iki rəsm, iki rəqs və digər yardımçı otaqlar, akt zalı, sərgi salonu yaradılıb. Mərkəz ən müasir avadanlıqla təchiz edilib. Mərkəzin yerləşdiyi ərazidə abadlıq işləri görülüb, bütün zəruri infrastruktur yaradılıb.

 

On bir şöbədən ibarət müəssisədə 70 müəllim çalışır, 384 şagird musiqi təhsili alır. Mərkəzdə tar, kamança, piano və digər musiqi fənləri tədris olunur.



Paylaş:

01.gif
02.gif
03.gif
04.gif
05.gif