Moskvada Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir

  • Layihə
  • Foto


2013-cü il iyunun 1-də Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə Kremlin Kilsə meydanında məhz Moskva məktəbliləri üçün Prezident alayının hərbi qulluqçularının iştirakı ilə süvari və piyada qarovul dəyişməsi mərasimi keçirilib.

 

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Rusiya Mədəniyyət Fondunun təşkilati dəstəyi ilə Kərim Kərimov adına 157 nömrəli Azərbaycan etnomədəni komponentli məktəbin şagirdləri, Xilaskar İsa Məbədinin və Müqəddəs Danilov monastırının bazar günü məktəblərinin yetirmələri tədbirdə iştirak ediblər. Sonda məktəblilərə hədiyyələr verilib.

 

2007-ci ildən başlayaraq hər il iyunun 1-də Beynəlxalq Uşaqları Müdafiə Günü Kremlin Kilsə meydanında məhz Moskva məktəbliləri üçün Prezident alayının hərbi qulluqçularının iştirakı ilə süvari və piyada qarovul dəyişməsi mərasimi keçirilir. Bu il ilk dəfə olaraq bu tədbirdə “Kreml süvari məktəbi” komandasının süvariləri iştirak ediblər. Tədbirə Moskvanın 1000-dən çox məktəblisi, o cümlədən Əhalinin sosial müdafiəsi departamentinin, İctimai əlaqələr komitəsinin, Təhsil departamentinin tabeliyində olan idarələrin yetirmələri dəvət olunublar.



Paylaş:

1.gif
2.gif
3.gif
4.gif
5.gif
6.gif
7.gif
8.gif
9.gif
10_.gif
11_.gif
12.gif
13.gif
14.gif