Sarayevoda “Dostluq parkı”

  • Layihə
  • Foto


Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda “Dostluq parkı” yenidən qurulub. 2012-ci il fevralın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva parkın açılış mərasimində iştirak edib.

 

Dobrinya çayının sahilində yerləşən parkda yenidənqurma işlərinə 2011-ci ilin noyabrında başlanılıb. 1 ha ərazini əhatə edən parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. “Dostluq parkı”nı çayın digər sahilində yerləşən Dobrinya Təhsil Kompleksi ilə birləşdirən körpü inşa edilib. Körpünün dizaynında Azərbaycanın və Bosniya-Herseqovinanın milli ornamentlərindən istifadə olunub.

 

Parkda Bosniya və Herseqovinada 1992-1995-ci illər müharibəsinin və 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı qurbanlarının xatirəsinə abidə kompleksi ucaldılıb. Bu layihə Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikasının maliyyə dəstəyi, Sarayevonun Novi Qrad bələdiyyəsinin və Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyinin dəstəyi ilə reallaşıb. 



Paylaş:

01.gif
02.gif
03.gif
04.gif
05.gif
06.gif
07.gif