Volqoqradda “Volqoqrad-Bakı Dostluq Parkı”

  • Layihə
  • Foto


Azərbaycan-Rusiya dostluğunun rəmzi olan “Volqoqrad-Bakı Dostluq Parkı” Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib.

 

Parkın təməli 2013-cü il iyunun 5-də Volqoqradda “Rusiya-Azərbaycan: regionlararası dialoq – 2013” IV Beynəlxalq Forumu zamanı qoyulub. 2013-cü il dekabrın 20-də parkın açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

 

7 hektardan çox ərazidə salınmış parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin barelyefi, uşaq meydançası, yaşıl zona, “Buta” və “Çay” fəvvarələri, “Qız Qalası” abidəsi, “Bakı” kafesi, Nobel qardaşlarının fotostendi vardır. 



0.jpg
02.jpg
3.jpg
5-.jpg