Heydər Əliyev Fondu hər il orta məktəblərdə təhsildə xüsusilə fərqlənən, sağlamlıq imkanları məhdud olan, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün Yeni il şənlikləri keçirir.
2013-cü il dekabrın 27, 28 və 29-da “Buta” sarayında Yeni il şənlikləri təşkil edilib.
Dekabrın 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bayram şənliyində iştirak ediblər.