Nərimanov rayonunda istirahət parkı

  • Layihə
  • Foto


Bakının Nərimanov rayonundakı istirahət parkı Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulub. 2010-cu il sentyabrın 7-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva əsaslı abadlıq və quruculuq işlərindən sonra parkda yaradılmış şəraitlə tanış olub.


Ərazisi 14 min kvadratmetr olan parkda on minədək müxtəlif dekorativ ağac və kol, çiçək əkilib, səkkiz min kvadratmetr əraziyə yaşıl zolaq salınıb, hər cür hava şəraitinə davamlı materialdan hazırlanmış rahat oturacaqlar, İtaliyadan gətirilmiş müasir işıqlandırma sistemi quraşdırılıb.


Parkda fəvvarə kompleksi yaradılıb, attraksionlar quraşdırılıb, idman və əyləncə meydançaları salınıb. Bununla yanaşı parkın ətrafındakı binalarda bərpa işləri aparılıb, ətraf ərazi abadlaşdırılıb, avtomobil yollarına yeni asfalt döşənib



Paylaş:

01.JPG
02.JPG
03.JPG
04.JPG
05.JPG
06.JPG