Bakı Kitab Mərkəzi

  • Layihə
  • Foto

Bakı Kitab Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb. 2018-ci il avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərkəzin açılışında iştirak ediblər.

 

Paytaxtın Üzeyir Hacıbəyli və Qoqol küçələrinin kəsişməsində yerləşən bu mərkəzin sahəsi 2500 kvadratmetrə yaxındır.

 

Mərkəzdə oxu zalı, görmə qabiliyyəti məhdud şəxslər, uşaqlar üçün guşələr, müxtəlif ədəbi və mədəni xarakterli təqdimat tədbirlərinin keçiriləcəyi məkan və elmi fəaliyyətlə məşğul olanlar üçün tədris guşəsi var.

 

Bakı Kitab Mərkəzinin əsas məqsədi mütaliəyə marağın artırılmasıdır.

 

Mərkəzdə Azərbaycan və digər xalqların dillərində dünya ədəbiyyatı bestsellerləri, incəsənətə dair nadir albomlar, turistlər üçün bələdçi kitabları, musiqi kitabları və notlar da satılacaq. Burada müxtəlif dillərdə və janrlarda 10 mindən çox adda kitab təqdim olunacaq.


012.JPG
013.JPG
014.JPG
015.JPG
016.JPG
017.JPG
018.JPG
019.JPG
020.JPG
021.JPG
022.JPG
023.JPG
024.JPG
025.JPG
026.JPG
027.JPG
028.JPG