Heydər Əliyev Fondu hər il Azərbaycanda fəaliyyət göstərən yerli uşaq təşkilatlarının kollektivləri, orta məktəblərdə təhsildə xüsusilə fərqlənən, sağlamlıq imkanları məhdud olan, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün Yeni il şənlikləri keçirir.
2019-cu il dekabrın 30-da “Buta” sarayında şənlik təşkil edilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bayram şənliyində iştirak ediblər.