Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Nərimanov Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib.
Festivalda uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri də iştirak ediblər.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan festival balacalara bayram əhvalı yaşatmaqla yanaşı, həm də onların xoşbəxt, sağlam böyüyüb yetişməsinə, təhsil almasına, layiqli vətəndaş kimi formalaşmasına cəmiyyətin diqqətini bir daha yönəltmək məqsədi daşıyıb.