Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə “Uşaq festivalı” keçirilib.
Heydər Əliyev Mərkəzinin parkında keçirilən festivalda Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, Bakıdakı uşaq evlərinin sakinləri, daun sindromlu uşaqlar da iştirak edib.
Festival zamanı parkın ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə zonalara bölünüb. Burada balacalara bir-birindən maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunub. Hər bir uşağın asudə vaxtını səmərəli keçirməsinə, istedadını nümayiş etdirməsinə imkan yaradılıb.