Heydər Əliyev Fondu müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, eləcə də şəhid övladları üçün “Gülüstan” sarayında Yeni il şənliyi keçirib.
Yeni il səhnəciyi dostluq, xeyirxahlıq, qarşılıqlı kömək və xeyrin şərə qalib gəlməsi üzərində qurulub. Musiqili-əyləncəli proqram müxtəlif uşaq kollektivlərinin və Azərbaycan incəsənət ustalarının iştirakı ilə təqdim olunub.