Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Uşaq festivalı keçirilib.
Festivala Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, uşaq evlərinin sakinləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da dəvət alıb.
Heydər Əliyev Mərkəzinin parkında mövzular və əyləncə növləri üzrə yaradılan zonalarda maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunub.
Festival çərçivəsində uşaq və gənclərin iştirakı ilə müxtəlif konsert proqramları keçirilib, gənc istedadlar öz bacarıqlarını nümayiş etdirib, rəqs qrupları və musiqi ansambllarının ifasında maraqlı çıxışlar olub, viktorinalar təşkil edilib.