Uşaqlar üçün Yeni il şənliyi

  • Layihə
  • Foto


Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edib.

 

“Yeni il möcüzəsi” adlı bayram şənliyinə müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, eləcə də Vətən uğrunda canlarından keçən şəhidlərimizin övladları dəvət alıblar.

 

Bayram ovqatı ilə bəzədilən “Gülüstan” sarayında uşaqları nağıl qəhrəmanları qarşılayıb. “Face Art” vasitəsilə uşaqlar özləri də istənilən möcüzə qəhrəmanını canlandırmaq imkanı qazanıblar.

 

Uşaq bayramı videoçarxın nümayişi ilə başlayıb. Balacaların ən böyük dostu və himayədarı olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vaxtilə yeni nəslə qayğısından, müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarını uşaqlarla birlikdə keçirməsindən bəhs edən görüntülər maraqla izlənilib. Videoçarxda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlarla görüşlərindən də maraqlı anlar əks olunub.

 

Uşaqlara təqdim edilən əyləncələrlə dolu səhnəcik dostluq, xeyirxahlıq, qarşılıqlı kömək üzərində qurulub: xoşniyyətli insanların hər zaman qələbə çaldığı göstərilir.

 

Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqların, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin bizə əmanəti olan övladlarının problemlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu uşaqların hər zaman qayğı ilə əhatə olunmasına çalışır.

 

Əyləncəli proqramın sonunda uşaqlara Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri verilib. 


001.JPG
002.JPG
004.JPG
008.JPG
009.JPG
010.JPG
015.JPG
018.JPG
019.JPG
022.JPG
026.JPG
027.JPG
028.JPG
029.JPG
030.JPG
035.JPG
036.JPG
037.JPG
039.JPG
040.JPG
042.JPG
043.JPG
047.JPG
049.JPG
050.JPG
051.JPG
054.JPG
055.JPG
058.JPG
060.JPG
061.JPG
065.JPG
067.JPG
074.JPG
075.JPG
077.JPG
078.JPG
081.JPG