Binə qəsəbəsində Möhsün Səlim məscidi

  • Layihə
  • Foto


XIX əsrin əvvəllərində yerli mədən sahibinin vəsaiti ilə tikilmiş Binə qəsəbəsindəki Möhsün Səlim məscidi uzun illər heç bir təmir-abadlıq işi aparılmadığına görə yararsız vəziyyətə düşmüşdü. Hətta, 1918-ci ildə erməni daşnaklarının atdığı top məscidin günbəzini deşmiş, çatlar əmələ gətirmişdi. Sakinlərin müraciətindən sonra bu vəziyyətlə yerində tanış olan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə məsciddə bərpa işlərinə başlanılıb. 2006-cı il iyunun 15-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məscidə gələrək görülmüş işlərlə tanış olublar.


Məscid əsaslı şəkildə təmir edilib. Məscidin həyətində 100 nəfərlik salon, dəstəmaz otaqları, kişi və qadınlar üçün ayrı-ayrılıqda hücrələr, din xadimləri üçün məşvərət otağı, daimi suyu, mətbəxi olan təzə bina tikilib, hər cür lazımi avadanlıqla təmin edilib.


Məscid dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına daxil edilib. 



Paylaş:

01.jpg
02.jpg