Xəzər rayonunun Buzovna qəsəbəsində Cümə məscidi

  • Layihə
  • Foto


Xəzər rayonunun Buzovna qəsəbəsindəki Cümə məscidi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində yenidən qurulub.


Məscidin tikintisinə 1896-cı ildə başlanmış, 1900-cü ildə inşaat işləri yarımçıq qalmışdı. Sovet dövründə tikilidən anbar və dükan kimi istifadə olunmuşdur. 2006-cı ilin dekabrında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə məscidin yenidən qurulması üçün smeta dəyəri 700 min manat olan layihə hazırlanmışdır. 2007-ci ilin fevral ayında başlanan tikinti işləri 2009-cu ildə başa çatmışdır. 2009-cu il dekabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Cümə məscidinin açılışında iştirak ediblər.


Sahəsi 500 kvadratmetr olan məscid sal daşlardan inşa olunub, fasad ərəb əlifbası ilə yazılan daş kitabələrlə üzlənib. Məscidin hündürlüyü 28 metr, o cümlədən günbəzin hündürlüyü 12 metrdir.


Məsciddən əlavə burada köməkçi və inzibati binalar, kişilər və qadınlar üçün dəstəmazxanalar, digər otaqlar tikilib.


Məsciddə eyni vaxtda 500 nəfər namaz qıla bilər. Qadınların və kişilərin ayrılıqda ibadət etmələri üçün hər cür şərait yaradılıb. Məscidin birinci mərtəbəsi kişilərin, ikinci mərtəbəsi isə qadınların ibadəti üçün nəzərdə tutulub.



RAG_3286.jpg
RAG_3333.jpg