Həştərxanda Azərbaycan və Rusiya Dostluq Körpüsü

  • Layihə
  • Foto


Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda Azərbaycan və Rusiya Dostluq Körpüsü tikilib. Körpünün inşası barədə qərar 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxana səfəri zamanı qəbul edilib. 2011-ci ilin mayında “Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” I Rusiya-Azərbaycan Regional Forumu çərçivəsində Dostluq körpüsünün təməlqoyma mərasimi keçirilib. 2012-ci il sentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva körpünün açılış mərasimində iştirak edib.

 

Heydər Əliyev parkını I Pyotr meydanı ilə birləşdirən körpünün uzunluğu 50 metr, eni isə 6 metrdir. Körpünün sürahisinin ornamentlərində Bakının və Həştərxanın rəmzləri – Qız qalası və Həştərxan Kremli əks olunub.



Paylaş:

DSCN0268.JPG