2014-cü il sentyabrın 28-də Afinadakı “Akropol” muzeyində “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib.
Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Yunanıstan parlamentinin sədri, Baş nazirin müavini, inzibati islahatlar naziri, turizm naziri, millət vəkilləri, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilmiş videotəqdimat olub.
Təqdimat mərasimindən sonra Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.