Parisdə Fransa-Azərbaycan güləş üzrə yoldaşlıq görüşü. Olimpiya test matçı

  • Layihə
  • Foto


2014-cü il dekabrın 4-də Parisin Qış Sirkində “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatına həsr olunmuş tədbirlər çərçivəsində “Fransa-Azərbaycan güləş üzrə yoldaşlıq görüşü. Olimpiya test matçı” təşkil olunub.

 

Açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblı çıxış edib, Azərbaycanın idman nailiyyətləri, birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişindən bəhs edən film nümayiş etdirilib.

 

1600-dək tamaşaçının izlədiyi görüşdə yunan-Roma, sərbəst və qadın güləşi üzrə 10 çəki dərəcəsində yarışlar keçirilib. Azərbaycan komandası rəqibinə 9-1 hesabı ilə qalib gəlib.

 

Azərbaycanın birinci xanımı, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva, Fransanın idman üzrə dövlət katibi Tiyeri Brayar, Beynəlxalq Güləş Federasiyasının prezidenti Nenad Laloviç, Fransa hökumətinin, parlamentinin üzvləri, idman ictimaiyyətinin nümayəndələri də görüşü izləyənlər arasında olublar.

 

Oyunlar başa çatdıqdan sonra yoldaşlıq görüşü münasibətilə ziyafət təşkil olunub. Mərasimdə Azərbaycanda idmanın, o cümlədən güləşin inkişafından bəhs edən film nümayiş olunub, Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.



Paylaş:

01.jpg
02.jpg
03.jpg
04.jpg
04+.jpg
05.jpg
09.jpg
011.jpg
012.jpg
014.jpg
017.jpg
018.jpg
019.jpg
020.jpg
021.jpg
022.jpg
023.jpg
024.jpg
025.jpg
026.jpg
026+.jpg
027.jpg
028.jpg
028+.jpg
029.jpg
030.jpg
031.jpg
032.jpg
033.jpg
034.jpg
035.jpg
036.jpg
037.jpg
038.jpg
039.jpg
040.jpg
041.jpg
042.jpg
043.jpg
044.jpg
045.jpg
045+.jpg
046.jpg
047.jpg
048.jpg
049.jpg
050.jpg