Bakı Marafonu-2018

  • Layihə
  • Foto

2018-ci il mayın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında “Bakı Marafonu-2018” keçirilib.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva marafonda iştirak ediblər.

 

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.

 

Yarışda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib. Bakı marafonunda Azərbaycanın regionlarının - Gəncə, Sumqayıt, Mingəçevir, Quba, Qusar, Lənkəran, Astara, Naxçıvan, Qəbələ, Şamaxı, Zaqatala, Şəki, Oğuz və digər bölgələrin sakinləri də iştirak ediblər. Azərbaycan vətəndaşları ilə yanaşı, İtaliya, Fransa, Rusiya, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Belarus, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İraq, ABŞ, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Kolumbiya, Litva, Latviya, Almaniya, Çex Respublikası və digər ölkələrin təmsilçiləri də yarışa qoşulublar.

 

Marafonda İtaliya, Rusiya, Türkiyə, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Türkmənistan, Kolumbiya, BƏƏ, Litva və Latviyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri də iştirak ediblər.

 

Marafonda kişilər arasında Ukrayna vətəndaşı İqor Olefirenko I, iranlı Məhəmməd Cəfər Muradi II, türkiyəli Ömər Alkanoğlu isə III yerə sahib çıxıb. Qadınların arasında isə türkiyəli Çelik Fadimə, ukraynalı Valentina Poltavska və Rusiyadan olan Anastasiya Petrova müvafiq olaraq I-III yerləri tutublar.

 

Mükafatlandırma mərasimi Bakı Olimpiya Stadionunda keçirilib. Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3 min, ikinci yeri tutan 2 min, üçüncü yerə çıxan isə min manat məbləğində mükafatlarla, eləcə də medallarla təltif ediliblər.

 

Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunur.

 

“Bakı Marafonu-2018”də toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.



001.JPG
002.JPG
003.JPG
004.JPG
005.JPG
006.JPG
007.JPG
008.JPG
009.JPG
010.JPG
011.JPG
013.JPG
014.JPG
016.JPG
17.JPG
18.JPG
19.JPG
22.JPG
25.jpg
26.jpg
29.JPG
31.JPG
32.JPG
33.JPG
34.JPG
36.1.JPG
36.JPG
37.JPG
39.JPG