Suraxanı rayonundakı 2 saylı uşaq evinin yeni idman meydançasıHeydər Əliyev Fondunun təşəbbüsü və Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə inşa edilib.
2019-cu il fevralın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Suraxanı rayonundakı 2 saylı uşaq evində olub.
İdman meydançasında müxtəlif idman qurğuları quraşdırılıb, azyaşlılar üçün futbol və basketbol meydançası yenidən yaradılıb. Həyətyanı sahə abadlaşdırılıb.