Bakı Marafonu 2023

  • Layihə
  • Foto


2023-cü il mayın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Marafonu keçirilib. “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən marafon Ümummilli Liderin 100 illik yubileyinə həsr olunub.

 

Yarışda 18 yaşdan yuxarı şəxslər iştirak ediblər. Budəfəki marafonda iştirak etmək üçün 19 min 500 nəfər qeydiyyatdan keçib. Marafonda iştirak etmək üçün Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də digər ölkələrdən iştirakçılar da qeydiyyatdan keçiblər. Bunların sırasında bu il ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar olub.

 

Yarışda, eyni zamanda, Qarabağ qaziləri, fiziki imkanları məhdud olan şəxslər iştirak ediblər.

 

Marafonda birinci start fiziki imkanları məhdud şəxslər və daun sindromlu uşaqlar üçün verilib. İkinci startda isə digər iştirakçılar yarışa qoşulublar.

 

“Küləyə qalib gəl” şüarı altında keçirilən yarımarafon 21 kilometr məsafəni əhatə edib. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunub, marşrut Dənizkənarı bulvar zonasından keçməklə şəhərin mərkəzi küçə və prospektlərini əhatə edib.

 

İdman mübarizəsinin sonunda qaliblər müəyyənləşib. Qadınların yarışında Ukrayna təmsilçisi Natalya Simonoviç birinci olub. Türkiyəli Hasibe Demir yarışı ikinci, ukraynalı digər atlet Valentina Paltavska üçüncü pillədə başa vurublar.

 

Bakı Marafonunda kişilərin mübarizəsində ilk üçlükdə ukraynalı Boqdan Simonoviç, Gürcüstan təmsilçisi Davidi Karataşvili və Türkiyə təmsilçisi Hakan Çoban yer alıblar.

 

1-ci yerin qalibi 3000 manat, 2-ci yerin qalibi 2000 manat, 3-cü yerin qalibi isə 1000 manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunub.

 

Finiş xəttini keçən fiziki imkanları məhdud ilk 6 iştirakçıya da mükafatlar verilib.

 

Yarışda 1-ci, 2-ci və 3-cü yerlərlə yanaşı, 5 yaş kateqoriyasında (30-39 yaş, 40-49 yaş, 50-59 yaş, 60-69 yaş, 70+ yaş) finiş xəttini keçən qadın və kişi iştirakçılara sertifikatlar təqdim edilib.

 

Marafonun bütün iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunub. Finiş xəttini keçən ilk 2000 iştirakçı isə “Bakı Marafonu 2023”ün medalları ilə təltif edilib.

 

İştirakçılar, şəhər sakinləri və qonaqlar marafonun davam etdiyi müddətdə Dövlət Bayrağı Meydanında yaradılan əyləncə zonasında müxtəlif əyləncə proqramlarında, yarışlarda, interaktiv oyunlarda iştirak edib, konsert proqramlarını da izləyə biliblər.Bakı marafonu idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.


1.JPG
2.JPG
10.JPG
11.JPG
12.JPG
13.JPG
16.JPG
17.JPG
20.JPG
24.JPG
26.JPG
28.JPG
29.JPG
30.JPG
34.JPG
36.JPG
39.JPG
40.JPG
42.JPG
43.JPG
49.JPG
53.JPG
63.JPG
65.JPG
67.jpg
68.jpg
69.JPG
70.JPG
72.JPG
74.JPG
75.JPG
77.JPG
78.JPG
80.JPG
82.JPG
83.1.jpg
85.JPG
86.JPG
88.JPG