Dünya qar polosu yarışı

  • Layihə
  • Foto


Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ölkəmiz 2025-ci il yanvarın 24-26-da İsveçrənin Sankt Moritz şəhərində keçirilən qar polosu üzrə 40-cı dünya kubokunda iştirak edib. Azərbaycanın “Land of Fire” komandası finalda İsveçrənin “The Kusnacht Practice” komandası ilə qarşılaşıb və yarısın 2-cisi olub. 

 

Yarışlar çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan pavilyonu da fəaliyyət göstərib.

 

İştirakçılar pavilyonda “Azərbaycan. Təbiətin sehrində” nəşrindəki foto və video materiallar, eləcə də qədim çövkən oyununa dair müxtəlif sərgilərlə tanış ola bilib. Burada Azərbaycanın müxtəlif milli brendlərinin məhsulları da sərgilənib. Qonaqlar üçün ölkəmizin görməli yerlərinə virtual səyahət də təşkil edilib.


6.JPG
7.JPG
12.JPG
17.jpg
18.JPG
21.JPG
22.jpg
23.JPG
24.jpg
26.jpg
27.JPG
30.JPG