Bakı Marafonu 2026

  • Layihə
  • Foto


2026-cı il mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Marafonu keçirilib.

 

Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə vətəndaşları da qələbə uğrunda yarışıblar.

 

Yarışda fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak ediblər.

 

“Bakı Marafonu” 42 kilometr tam məsafədə təşkil olunub. Yarış Dövlət Bayrağı Meydanından start götürüb, finiş xətti isə Sea Breeze ərazisində olub.

 

Marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. İkinci yerdə ukraynalı yarışçı Vitaliy Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov qərarlaşıb.

 

Qadınların mübarizəsində Rusiyadan Elena Tolstıx birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yerin sahibi olub.

 

Birinci yerin qalibinə 6.000 AZN, ikinci yerin sahibinə 4.000 AZN, üçüncü yerin sahibinə isə 2.000 AZN mükafat təqdim olunub.

 

Digər nominasiyalar üzrə də mükafatlar təqdim olunub.


002.JPG
003.JPG
004.JPG
006.JPG
007.JPG
011.JPG