Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası

  • Layihə
  • Foto


2010-2011-ci illəri əhatə edən “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Abşeron rayonunun inzibati ərazisinə aid olan və Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığındakı bu arealda ceyranların sayının artırılması məqsədilə həyata keçirilib.


Layihə çərçivəsində Şirvan Milli Parkından Acınohur-Sarıca düzləri, Bozdağ silsiləsi, Mil düzü və Qobustan-Cəngiçay ərazilərinə ceyranlar gətirilib. 


Layihəyə uyğun olaraq, mövcud problemlərin öyrənilməsi və aradan qaldırılması, quraq ərazilərdə su təminatı və yem tələbatının ödənilməsi, ceyran populyasiyasının mühafizəsinin gücləndirilməsi məqsədilə çevik antibrokonyer qrupların yaradılması və zəruri avadanlıqla təchiz edilməsi, layihə ərazisində müntəzəm monitorinqlərin keçirilməsi, vacib biotexniki tədbirlərin aparılması, ərazidə və ətrafda məskunlaşmış əhalinin ekoloji maarifləndirilməsi istiqamətində intensiv işlər görülüb. Yol kənarlarında, arealların yaxınlığında xüsusi informasiya lövhələri qoyulub və bu lövhələrdə ceyran ovunun qadağan edilməsi barədə məlumatlar verilir.


Layihə nadir növ olan ceyranların mühafizəsinin gücləndirilməsi, areallarının genişləndirilməsi və yüz illər boyu mövcud olmuş təbii arealın yenidən bərpasına təkan verəcəkdir.



DSC_1883.jpg
04.JPG
05.JPG
06.JPG