2017-ci il oktyabrın 10-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VI Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb.
Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.
Sərgidə 9 ölkədən 25 incəsənət nümayəndəsinin məişət tullantılarından istifadə edərək hazırladıqları sənət əsərləri nümayiş etdirilib.
Sərgi oktyabrın 15-dək davam edib.