“Gənclik” parkı

  • Layihə
  • Foto


Bakının Xətai rayonunda Zığ yolu istiqamətində Sadıqcan və Əbilov küçələrinin əhatəsində  yerləşən “Gənclik” parkı Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb.

 

Parkda şəhər sakinlərinin və qonaqların istirahəti üçün müxtəlif infrastruktur yaradılıb. Buradan Bakının, o cümlədən Xəzər dənizinin əsrarəngiz mənzərəsini də seyr etmək olar.

 

Gənclik parkı 43 hektar ərazini əhatə edir. Ərazidə 300 minə yaxın ağac və kol- Eldar şamı, zeytun, kiparis, çinar, tuya, liqustra, müxtəlif meyvə ağacları, alyandr gülü, ardıc kolu var.

 

Yeni istirahət məkanında həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılıb, attraksion quraşdırılıb. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki məhdudiyyətli şəxslər üçün idman və əyləncə sahəsi yaradılıb.

 

Burada bağlı və açıq futbol meydançaları inşa olunub. Parkda ziyarətçilər üçün piknik məntəqələri, qaçış üçün cığırlar, eləcə də velosiped yolları var. Park ərazisinin genişliyi nəzərə alınaraq istirahət edən şəxslərin rahatlığı üçün müvafiq məlumatlandırıcı və istiqamətləndirici lövhələr quraşdırılıb. Parkda göl yaradılıb.  Restoran kompleksi inşa olunub, kafe və qəhvə məntəqələri yaradılıb.

 

019.JPG
020.JPG
021.JPG
022.JPG
023.JPG
024.JPG
025.JPG
026.JPG
027.JPG
028.JPG
029.JPG
030.JPG
031.JPG
032.JPG
033.JPG
034.JPG
035.JPG
036.JPG
037.JPG
038.JPG
039.JPG
040.JPG
041.JPG
042.JPG
043.JPG
044.JPG
045.JPG
046.JPG
047.JPG
048.JPG
049.JPG
050.JPG
051.JPG