Şamaxıda ağacəkmə aksiyası

  • Layihə
  • Foto


Tədbirin əsas məqsədi Mərkəzi Asiya və türkdilli dövlətlərin iqlim dəyişikliyinə qarşı mübarizəyə verdiyi önəmi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və bu dövlətlərin gənclərini iqlim gündəliyinə cəlb etməklə beynəlxalq öhdəliklər istiqamətində görülən tədbirləri təqdim etməkdir.

 

Heydər Əliyev Fondunun və Türkiyənin Sıfır Atık Fondunun birgə təşəbbüsü ilə Şamaxı rayonunda ağacəkmə aksiyası keçirilib. Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkiyədən gənclərin və könüllülərin iştirak etdiyi aksiyada ətraf mühitin qorunmasına töhfə olaraq 10 mindən çox şam ağacı əkilib.

 

Layihə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans çərçivəsində təşkil olunub.


022.JPG
023.JPG
024.JPG
025.jpg
026.jpg
027.jpg