2005-ci ildə Heydər Əliyev Fondu Qarabağ haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə “Qarabağ həqiqətləri” bukletlər toplusunu nəşr edib. Toplu beş bukletdən ibarətdir:
1. “Qarabağın tarixi haqqında qısa məlumat”;
2. “Qarabağ münaqişəsinin başlanması”;
3. “Xocalı soyqırımı”;
4. “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti”;
5. “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”.
“Qarabağ həqiqətləri” bukletlər toplusu ingilis, fransız, alman, rus, macar və yapon dillərində nəşr olunub.