2007-ci
ilin oktyabrında Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyi “Qarabağ haqqında həqiqətlər” seriyasından “Azərbaycana qarşı müharibə:
mədəni irsin hədəfə alınması” (“War Against Azerbaijan: Targeting Cultural
Heritage”) kitabını nəşr ediblər. İngilis dilində nəşr olunan kitabda işğalçı
Ermənistanın Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsimizə qarşı məqsədyönlü
şəkildə həyata keçirdiyi vandalizm siyasətindən və onun acı nəticələrindən bəhs
olunur.
Kitabda Qafqaz albanlarının dini memarlıq irsi, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bölgələrində və Ermənistan ərazisindəki tarix və mədəniyyət abidələrinin əvvəlki və indiki vəziyyəti haqqında yazılar və illüstrativ materiallar toplanıb.
Kitaba multimedia diski və DVD daxildir. Nəşrlə bağlı www.war-culture.az saytı da yaradılıb.