Heydər
Əliyev Fondu Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi yeri olan Xalq
artisti, cazmen, pianoçu, bəstəkar Rafiq Babayevin yaradıcılığından bəhs edən
musiqi albomu hazırlayıb. 2008-ci il aprelin 11-də Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın iştirakı ilə layihənin təqdimatı keçirilib.
MDB ölkələrinin və Azərbaycanın dövlət arxivlərindən toplanmış materiallar əsasında hazırlanmış alboma Rafiq Babayevin həyat və yaradıcılığından bəhs edən kitab, nadir videoyazılar olan 2 DVD və sənətkarın əsərlərindən ibarət 8 CD daxildir. Disklər “SONY” firmasının Avstriyadakı studiyasında müasir texnologiya əsasında təmizlənərək yazılıb. Kitabdakı mətnlər üç dildə – Azərbaycan, rus, ingilis dillərində verilib. Kitab sənətkarın həyatının müxtəlif anlarını əks etdirən fotoşəkillərlə zəngindir.