2008-ci
ildə Heydər Əliyev Fondu Azərbaycanın Xalq artisti Əlibaba Məmmədovun həyat və
fəaliyyətinə həsr olunmuş musiqi albomu hazırlayıb. Alboma Azərbaycan və
ingilis dillərində nəşr edilmiş kitab və xanəndənin ifasında xalq mahnıları, təsniflər və muğamlardan ibarət
4 CD daxildir.
Kitab Əlibaba Məmmədovun həyat və yaradıcılığından bəhs edir. Burada xanəndənin müxtəlif məclislərdə ifasının əks olunduğu şəkillər, tələbələri, sənət yoldaşları, ailəsi ilə çəkdirdiyi şəkillər toplanıb.