Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət
və Turizm
Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi
ilə dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı “Xəmsə”
yeni formatda nəşr edilib. Nəşrdə ilk dəfə olaraq “Xəmsə”yə daxil olan bütün əsərlər
Azərbaycan
dilində bir kitab şəklində təqdim olunub. Əsərlərin tərcüməsi Xəlil Yusifli, Səməd Vurğun, Məmməd
Rahim, Abdulla Şaiq və Mikayıl Rzaquluzadəyə aiddir.
Nəşrə “Nizamiyə ithaf” adlı CD də daxildir. Diskdə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev, Şəfiqə Axundova və başqa bəstəkarların Nizami Gəncəvinin sözlərinə yazdığı mahnı və romanslar, Niyazinin “Xosrov və Şirin” operası, Əfrasiyab Bədəlbəylinin “Nizami” operası, Fikrət Əmirovun “Nizami” simfoniyası, eləcə də Qara Qarayev, Cövdət Hacıyev, Ramiz Mustafayev və başqa bəstəkarların dahi şairin sözlərinə yazdığı əsərlər toplanıb.