2008-ci
ilin sentyabrında Heydər Əliyev Fondu Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi ilə birgə Azərbaycan cizgi filmləri toplusunu hazırlayıb. Azərbaycan
animasiyasının 75 illiyi münasibətilə işıq üzü görən DVD disklərinə müxtəlif
illərdə çəkilmiş və Azərbaycan dilində bərpa olunmuş 9 film daxildir.