2007-ci ildə Heydər Əliyev Fondu tanınmış rusiyalı tədqiqatçı-alim, yazıçı-tarixçi,
professor Rudolf İvanovun “Sovet İttifaqı adından” kitabını nəşr edib. Kitabda
Azərbaycanın məşhur Naxçıvan Xanları sülaləsinin altıncı şanlı generalı,
istedadlı sərkərdə Cəmşid Cəfər oğlu Naxçıvanskidən bəhs olunur. Birinci dünya
müharibəsi və iki inqilabın müsibətlərini öz taleyində yaşamış Naxçıvanski
əməkdar zabit, bir sıra hərbi orden, xüsusilə Georgi ordeni kavaleri adlarını qazanmış
və ADR ordusunun süvari polkuna rəhbərlik etmişdir.
Əsər arxiv sənədləri əsasında yazılıb.