2009-cu
ildə Heydər Əliyev Fondu “Muğam aləmi” layihəsini hazırlayıb. Layihə Heydər
Əliyev Fondunun təşəbbüsü ilə Bakıda keçirilmiş “Muğam aləmi” I Beynəlxalq
Muğam Festivalına həsr olunub.
Nəşrə Azərbaycan, rus, ingilis dillərində festival haqqında ətraflı məlumatın yer aldığı kitablar və Azərbaycan muğam operalarının, simfonik muğamların, klassik Azərbaycan muğamlarının, tanınmış xarici musiqiçilərin çıxışlarının və etnocaz nümunələrinin toplandığı 33 DVD daxildir.