2009-cu
ildə Azərbaycanda ilk dəfə olaraq Heydər Əliyev Fondu Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi ilə birgə Azərbaycan xalq mahnılarından ibarət “Karaoke”
diskini hazırlayıb. Nəşrə broşür və DVD daxildir. Kolleksiyada Azərbaycan
Respublikasının Dövlət Himni və 30 xalq mahnısının mətnləri və musiqisi
toplanıb.