Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı

  • Layihə
  • Foto


2023-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, Mədəniyyət Nazirliyinin yaxından iştirakı ilə “Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı” adlı kitab nəşr edilib. 

 

Kitabda Nəvvabın tərcümeyi-halı, həyat və yaradıcılığı haqqında məlumat verilir, maarifpərvər fəaliyyəti işıqlandırılır. Kitab Mir Möhsün Nəvvab Qarabağinin indiyədək məlum olmayan irsinə - topladığı Azərbaycan silahları kolleksiyasına həsr olunub. Nəşrin hazırlanmasında arxiv və muzey materiallarından istifadə edilib. Azərbaycan və ingilis dillərində nəşr edilən kitabda əksəriyyəti ilk dəfə işıq üzü görən 100-dən çox foto, rəsm, sxem və xəritələr təqdim edilib.


4.jpg